Avtomobildə xeyli miqdarda narkotik aşkar edildi

media-hightechnic-468x90

drugs_120414Abşeron rayon sakininin avtomobilindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir(trend).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa