!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtoritetlər Saakaşvilinin avtomobilini qaçırdı

!Reklam – Yazi

Saakasvi9Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin “Toyota Land Cruiser” avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə “Strana.ua” Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı güman edilir. “Strana.ua”nın iddiasına görə, avtomobil sahibinə əvvəllər Ukraynada saxlanılan şəxsin Macarıstana ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq.

“Strana.ua” həmçinin Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyini yazıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib. (report)

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv