Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avtoxuliqanlıq edən sürücü 23 YPX avtomobilinin köməkliyi ilə saxlanılıb

Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları 90-UR-366 dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə “Saxla!” əmri verib.

Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən “Naz Lifan”ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili “Naz Lifan”ın saxlanılmasında iştirak edib.

www.yenicag.az

1981
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100
koronavirusinfo.az