AXCP-dən yeni istefa verən Qarabağ qazisi kimin dostudur?

media-hightechnic-468x90

1546002_510928342371718_3578777973787354538_nİslam Mahmudov: “AXCP-də cılız bir kampaniya gedir, kim çıxırsa, satqın damğası vurulur, söyülür”

AXCP sədrinin müşaviri Şakir Abbasovun ardından AXCP-dən Ali Məclisinin üzvü İslam Mahmudov da istefa verib.
YENİCAG.AZ saytı müsavat.com-a istinadən belə bir məlumatı əldə edib. İstefasının səbəblərini o, yaydığı bəyanatda verib:
”Bu gün AXCP-nin rəhbərliyinə daxil olan bir çox şəxslərin cəmiyyətin müxtəlif təbəqələrinə qarşı uğrusuz savaş açdıqlarını müşahidə edirəm. AXCP sədri bütün bu yersiz kampaniyalara göz yumursa, o zaman cəmiyyətdə şübhə yaranır ki, kampaniyanın başında şəxsən özü dayanır. Sanki bu partiya məğlubiyyətinin qısasını xalqdan almaq iddiasındadı. Azərbaycanda şərəfli siyasi keçmişi olan bir partiyanın bu cür çirkin kampaniyada yer almasına etiraz olaraq AXCP sıralarından çıxdığımı bəyan edirəm.

Onu da əlavə etməyi borc bilirəm ki, kimsə mənim AXCP üzvü olmamağım barədə cəfəng iddiayaya düşməyə cəhd etməsin. Bunun şahidi olan bütöv bir rayon şöbəsi var. Sonuncu prezident seçkisi zamanı bu partiyanı məntəqə seçki komissiyasında təmsil etmişəm.
Bu addımımla bağlı tənqidləri sayğı ilə qarşılayacam. Amma onu da deyim ki, hər hansı təhqir olacaqsa, bunu edənlər beş qatını öz payına hər biri alacaq. İstefa qərarımda qətiyyətliyəm. Çoxdan partiya daxilində baş verən prosesləri müşahidə edirdim. Bu gün qərara gəldim ki, artıq orada yerim yoxdur. Başqa partiyaya keçmək fikrim yoxdur. Hazırda AXCP-də cılız bir kampaniya gedir. Kim çıxırsa, satqın damğası vurulur, söyülür. Bəs o zaman başqa partiyadan istefa verənləri niyə qəbul edirsiniz? Konkret bax bu cılız təfəkkürə, söyüşlərə görə istefa verdim. O cür təşkilatı indi kimlərin idarə etməsi çox acınacaqlıdır”.

Qeyd edək ki, İslam Mahmudov bir müddət öncə partiyadan istefa verən AXCP sədrinin digər sabiq müşaviri Rəsul Mirhəşimlinin yaxın dostudur və Qarabağ döyüşçüsüdür.

 

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600