AXCP Milli Şurasız seçkilərə gedə bilər?

media-hightechnic-468x90

скачанные файлы (2)Razi Nurullayev: “Milli Şuradan kənar hər hansı blokda partiyamızın iştirakı….”

“AXCP bu il keçiriləcək parlament seçkilərində ancaq Milli Şura çərçivəsində iştirak edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev dedi: “AXCP bu il keçiriləcək parlament seçkilərində iştiraka meyllidir. AXCP yəqin ki, Milli Şura formatında seçkilərə qatılacaq. Hazırda seçki ilə bağlı partiyada təşkilatı işlər gedir. Hesab edirəm ki, 2013-cü ildə bütün siyasi qüvvələrin iştirakı ilə Milli Şura yaradıldı. Bu gün də Milli Şura xalq üçün daha cəlbedicidir. Bu baxımdan Milli Şuradan kənar hər hansı blokda partiyamızın iştirakını məqbul saymıram və gözləmirəm. Zənnimcə, Milli Şura artıq Azərbaycan müxalifətinin sonuncu birlik forması olmalıdır. Bundan sonrakı birliklərdə partiyamızın iştirakına ciddi yanaşmazdım. Bundan kənar hər hansı birliyin yaranması xalqda ciddi qıcıq yaradır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600