“Hər iki tərəfdən 3 nəfər görüşdük”
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Xalq Hərəkatında ikitirəliyin yaranması və Hərəkatın dağılma təhlükəsi barədə danışan keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib.
İsgəndər Həmidov bildirib ki, AXH-nin dağılmaması üçün tərəflər razılığa gəliblər:
“Dünən hər iki tərəfdən 3 nəfər görüşdük. AXH-nin dağılmasına yol verməmək üçün görüşdə qərara aldıq ki, İdarə Heyətinin iclasları bir yerdə keçiriləcək”.
AXH-dəki yaranmış vəziyyətlə bağlı isə İsgəndər Həmidov bunları deyib:
“Əsəblər gərgin olanda yanlışlığa yol veririk. Hərəkatda belə şeylər olan işdir. Bu cür hallar Hərəkatın mütəşəkkilliyinə ziyan vurmamalıdır”.
İsgəndər Həmidov qeyd edib ki, yaranmış durumla bağlı AXH-dən gedənlər olmayacaq və Hərəkət vahid şəkildə hərəkət edəcək.
Səxavət Məmməd
www.yenicag.az