Ayı öyrənmək üçün göndərilən kosmik gəmi ilə əlaqə kəsildi

media-hightechnic-468x90

Dünən Ayı öyrənmək üçün Yer orbitini müvəffəqiyyətlə tərk edən CAPSTONE adlı kosmik gəmi ilə əlaqə kəsilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) yayıb.

NASA sözçüsü Sarah Frazier bildirib ki, hazırda kosmik gəmi ilə əlaqənin bərpa edilməsi yönündə işlər görülür.

Qeyd olunub ki, onun eniş etməsi üçün kifayət qədər yanacağı olub, problem isə gəminin Yer orbitindən çıxdıqdan sonra meydana gəlib.

Onu da deyək ki, CAPSTONE-nin toplayacağı məlumatları NASA-ya göndərməsi və bəşəriyyətin Aya enməsi üçün lazım olan ilkin məlumatları verməsi nəzərdə tutulurdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600