Azərbaycanda törədilən cinayət hadisələrinin sayı məlum oldu

media-hightechnic-468x90

2025-ci il ərzində Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adam öldürmə faktları ilə bağlı olubdur.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

“Cari ildə ölkə ərazisində 31852 cinayət qeydə alınmaqla onların 90,5 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 15766 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq edilib”,-məlumatda bildirilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05