!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AYİB Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı danışıqlar aparır

!Reklam – Yazi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Beynəlxalq Bankında dövlət payının bir hissəsini almaq üçün ölkə hökuməti ilə danışıqları davam etdirir.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AYİB-in baş ofisindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində AYİB-in iştirakı hökumətlə danışıqların mövzusudur:

“Qeyd etmək lazımdır ki, bu kifayət qədər iddialı layihədir və nəzərdən keçirilməsi, təsdiqlənməsi və reallaşdırılması müəyyən vaxt tələb edir”.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 2015-ci ilin iyul ayından sağlamlaşdırma mərhələsindədir.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1992-ci ildən Azərbaycanla əməkdaşlıq edir.

COP29

www.yenicag.az

1738
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv