AYNA sürücülərə gizli tələ qurur? – ŞİKAYƏT

media-hightechnic-468x90

Sosial şəbəkə hesabında Hikmət Əliyev ona yazılan cərimə ilə bağlı iddia paylaşıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, şikayətçi AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən nəzarət mexanizmlərinin anlaşılmaz hallara səbəb olduğunu bildirir. Xüsusilə piyada keçidlərində yaranan vəziyyətlərin sürücüləri cərimə riski ilə üz-üzə qoyduğu iddia olunur.

Şikayətçi qeyd edir ki, bəzi hallarda piyada keçidində dayanan şəxsin hərəkət etməməsi sürücülərdə tərəddüd yaradır və bu da qayda pozuntusu kimi qiymətləndirilə bilər.

H. Əliyevin sözlərini olduğu kimi oxuculara təqdim edirik:

media-whatsapp-image-2026-03-31-at-11-57-25

“Cəmiyyətdə səhvlərimizi qəbul edib bir daha etməyə səy göstərməliyik. Öz səhvlərim mənə dərs oldu. Paylaşıram, siz də eyni səhvləri edib cərimə olmayasınız. Amma bir şəxs durub piyada keçidində. Mən keçəndən sonra belə hərəkət etmirsə, deməli orada nəsə var. Deməli AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni tələlər hazırlayır. Diqqətli olaq”, – deyə o bildirib.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05