!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AZAL influseri qalib elan etdi - İzləyicilər şirkəti “topa tutdular” - FOTO

!Reklam – Yazi

AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

Mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin Orucovanı təbrik edərək, Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Yenicag.az xəbər verir ki, AZAL-ın bu PR gedişi izləyiciləri arasında birmənalı qarşılanmayıb. Belə ki, ölkənin təcrübəli marketoloqları Müşfiq İsgəndərovla Samir Əfətli də aviaşirkətin bu addımının saxta olduğunu yazıblar. Belə ki, AZAL-ın qalib elan etdiyi xanımın, nə hikmətsə, ölkənin tanınmış influserlərindən biri olduğu üzə çıxıb. Yəni qalibin sıradan hər hansısa Məmmədağa dayı deyil, daha çox travelblogger kimi fəaliyyət göstərən Nəzrin Orucova olması bu qələbəyə şübhə salır.

Digər izləyicilər də AZAL-ın bu kampaniyasını sərt tənqid ediblər. Səhifəni idarə edənlər isə çıxış yolunu bu şərhləri silməkdə və ya gizləməkdə görüblər. Bu səbəbdən də 70-ə yaxın şərhin əksəriyyəti “bütün şərhləri göstər” seçimini etdikdə belə görünmür.

COP29

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv