AZAL-ın təyyarəsi quşla toqquşdu – Uçuş təxirə salındı

Təyyarə havaya qalxarkən quş ilə toqquşub. Bakı-Naxçıvan aviareysi təxirə salınıb.

Yenicag.az  xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.