Azarkeşlər əlbəyaxa oldular

media-hightechnic-468x90

89724Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIV turun oyunları keçirilib.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Voleybol mərkəzində baş tutan “Lokomotiv” – “Rabitə” matçında azarkeşlər arasında dava düşüb. Qalmaqal oyunun əvvəlində start götürüb. Hər iki komandanın tərəfdarları arasında yaşanan insident ikinci hissədən sonra əlbəyaxa davaya çevrilib. Yalnız asayiş keşikçilərinin müdaxiləsindən sonra insident yatırılıb. Nominal ev sahibi olan “Lokomotiv” rəhbərliyi də azarkeşləri sakitləşdirməyə çalışıb. Amma yaşananlar “Lokomotiv” fanatlarının ürəyincə olmayıb. Nətiəcədə komandanın 200-ə yaxın azarkeşi ikinci set başa çatdıqdan sonra arenanı tərk edib.

Qeyd edək ki, oyun “Rabitə”nin 3:0-lıq qələbəsi ilə tamamlanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600