!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azdrama”da iki yeni tamaşa hazırlanacaq

!Reklam – Yazi

Akademik Milli Dram Teatrında iki yeni tamaşa hazırlanacaq.

Teatrın mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsərləri Xalq yazıçıları Elçinin “Baş” və Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanları əsasında hazırlanacaq eyniadlı tamaşalardır.

“Baş” Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin səhnələşdirməsi və quruluşçu rejissorluğu ilə ərsəyə gələcək. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovadır.

“Sehrbazlar dərəsi”nin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skaramoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.

Tamaşada Xalq artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov çıxış edəcəklər.

COP29

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv