“Azər Türk Bank”la bağlı vətəndaş şikayəti: Kart bloklanıb, vəsaitini ala bilmir
Vətəndaşlardan biri “Azər Türk Bank”la bağlı şikayətlə çıxış edib.
Yenicag.az xəbər verir ki, şikayətçi bank kartının bir aydan artıqdır bloklandığını və hesabında qalan vəsaiti əldə edə bilmədiyini bildirib.
Onun sözlərinə görə, banka pulun göndərildiyi şəxs barədə bütün məlumatları — telefon nömrəsi, ad-soyad və müvafiq qəbzləri təqdim etməsinə baxmayaraq, məsələ hələ də həll olunmayıb.
Vətəndaş hər gün banka müraciət etdiyini, lakin ona yalnız “araşdırma gedir” cavabının verildiyini deyir.
Şikayətçinin sözlərini olduğu kimi təqdim edirik:

“1 aydan çoxdur kartımı bloklayıblar, pulumu vermirlər. Halbuki pulun kimdən gəldiyini, göndərən şəxsin nömrəsini, ad-soyadını və qəbzləri də banka təqdim etmişəm. İşsizəm, kartımda 600 manat qalıb, amma vermirlər. Hər gün banka gedirəm, “araşdırma gedir” deyirlər. Nəyi araşdırırsınız? Mənə pul göndərənin nömrəsinə qədər təqdim etmişəm. Heç kimə bu bankı məsləhət görmürəm”.
Yenicag.az













