!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan bazarına çıxarılan erməni siqaretləri və yeni “AKSİZ ƏMƏLİYYATI”: “Gömrük Komitəsinin yarıtmazlığı....”

!Reklam – Yazi

“Ölkədə siqaret istehsal edən müəssisələr yerli bazarı tam təmin edə bilmirlər”.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nazik siqarların 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.

Bu dəyişikliklə bağlı sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında bildirib ki, əslində, bəzi malların aksiz dərəcələrinin artırılması iki məqsədlə həyata keçirilir:

Birinci məqsəd daxili istehsalı stimullaşdırmaq üçündür. İkincisi, insan sağlamlığı üçün zərərli olan maddələrin ölkəyə idxalını çətinləşdirməkdir. Yəni insanların zərərli maddələrdən istifadəsinin qarşısını almaq üçün bəzən iqtisadi yollara əl atılır.

Görünən odur ki, hazırda atılan addımda bu məsələlər kompeks nəzərə alınıb. Ümumilikdə Azərbaycanda inhisarçılıq ucbatından siqaret istehsal edən müəssisələrin sayı kifayət qədər deyil. Səhv etmirəmsə, ölkədə siqaret istehsal edən iki müəssisə var və onlar da yerli bazarı tam təmin edə bilmirlər.

Ona görə də müxtəlif siqaret şəbəkələri xaricdə istehsal olunmuş məhsulları ölkəyə gətirirlər. Hətta dəfələrlə qaçaqmalçılıq yolu ilə Ermənistan istehsalı olan məhsulların ölkəyə gətirilməsi ilə bağlı görüntülər də yayılmışdı.

Rəsmi qadağanın olmasına baxmayaraq, qeyd olunan məhsulların piştaxtalarda yer tapması Gömrük Komitəsinin işinin yarıtmaz olduğunu göstərir. Bu baxımdan, gömrük və vergi orqanlarının birləşdirilməsinin tərəfdarıyam”.

Nazim Bəydəmirli hesab edir ki, istənilən halda ölkədə daxili istehsalı stimuallaşdırmaq vacibdir:

“İndiki dövrdə zərərli vərdişlərdən əziyyət çəkən insanlar bahalı siqaretlər almaqla, öz ailə büdcələrinə və yaxınlarına ziyan vurmuş olurlar. Ona görə vətəndaşları zərərli vərdişlərdən yayındırmaq üçün siqaret istehsalını stimullaşdırmaqdan kənar olaraq, müxtəlif yollardan istifadə edilə bilər. Məsələn, buna sosial çarxları və maarrifləndirici tədbirlərin həyata keçirilməsini misal göstərmək olar”.

Gülşən Şərif

www.yenicag.az

2691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv