Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin ölkə birinciliyində qalib və gümüş medalçı müəyyənləşib.
Yenicag.az xəbər verir ki, “Səbail” klubunun əvəzedici heyəti sona bir tur qalmış qızıl medalları rəsmiləşdirib. Elman Sultanovun başçılıq etdiyi komanda birinciliyin 27-ci turunda “Neftçi”ni məğlub edərək, əlçatmaz olub. “Sumqayıt”a 0:2 hesabı ilə məğlub olan və bununla da çempionluq şansını itirən “Qəbələ” gümüş medallarla kifayətlənib.
Əvəzedicilərin yarışında bürünc medalların sahibi son turda məlum olacaq.