Azərbaycan boksçusu dünya çempionatında mərhələ adladı

media-hightechnic-468x90

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.

Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.

Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600