Reklam

Reklam

Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib. Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3380
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."