Azərbaycan çempion oldu-Video

media-hightechnic-468x90

84229İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb. Yenicag.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.

media-banner_tkm

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma 4:4 hesablı bərabərliklə tamamlansa da, xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05