Azərbaycan çempionatının bürünc mükafatçısı bəlli oldu

media-hightechnic-468x90

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçının adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, üçüncü qarşılaşmada da UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən “Murov” üçüncü yeri tutub.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən “Azərreyl” “Abşeron”u məğlub etsə, çempion adını qazanacaq.

Azərbaycan çempionatı

Yüksək Liqa (qadınlar)

Bürünc medal uğrunda keçirilən üçüncü oyun

18 aprel

Murov – UNEC 3:0 (25:19, 25:15, 25:16)

İkinci oyun

UNEC – Murov 0:3 (11:25, 14:25, 9:25)

Birinci oyun

Murov – UNEC 3:0 (25:14, 25:12, 25:16)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600