Azərbaycan çempionu “cəllad” adlandırrılıb
Hollandiya mətbuatı “Qarabağ”ın Avropa Liqası çərçivəsində İtaliya “İnter”i ilə sabah baş tutacaq qarşılaşma haqda yazıb.
“Narıncılar”ın KİV-i Azərbaycan çempionunu “cəllad” adlandırıb.
“Təsnifat mərhələsində hamı “Tvente”ni mübarizədən kənarlaşdıran “Qarabağ”ın uğuruna təəccüblənmişdi. İndi Ağdam təmsilçisi növbəti sürprizin bir addımlığındadır. Azərbaycanlılar pley-offun astanasındadırlar. Əgər hollandiyalı Con van Leon və Leroy Corcun da yer aldığı komanda – “ağdamlı cəlladlar” “İnter”i məğlub etməyi bacarsa, “Qarabağ” avrokubok yazında iştirak edən ilk Azərbaycan klubu olacaq”.
(anspress.com)