!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Çindən yeni silahlar alır?

!Reklam – Yazi

“Azərbaycan siyasi, iqtisadi sahədə olduğu kimi, hərbi müstəvidə də birqütblü əməkdaşlığın əleyhinədir. Ona görə hərbi istiqamət üzrə də çoxtərəfli əməkdaşlığa üstünlük veririk”.

Bu sözləri Yenicag.az-a açıqlamasında müdafiə naziri Zakir Həsənovun Çinə səfərini şərh edərkən, hərbi ekspert Emil Həsənli söyləyib:

“Azərbaycan Türkiyə, Rusiya, İsrail, Pakistanla yanaşı Çinlə də hərbi sahədə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edir. Bu da ölkəmizin milli və dövlət maraqlarına uyğundur. Konkret olaraq, Azərbaycanın Çin istehsalı olan hansı silahlara marağının olduğu barədə məlumatım yoxdur. Ola bilsin, müdafiə nazirimiz Zakir Həsənovun Çinə səfəri çərçivəsində hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edilsin. Ümumiyyətlə, son illər Çin digər sahələrdə olduğu kimi, hərbi istiqamətdə də ən müasir silahlar istehsal etməyə başlayıb. Bu mənada Azərbaycanın Çin istehsalı olan silahlara maraq göstərməsi təbiidir. Çünki, Azərbaycan siyasi, iqtisadi sahədə olduğu kimi, hərbi müstəvidə də birqütblü əməkdaşlığın əleyhinədir. Ona görə hərbi istiqamət üzrə də çoxtərəfli əməkdaşlığa üstünlük veririk”.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Milli müdafiə naziri general-polkovnik Vei Fenxenin dəvətilə Pekinə yola düşüb. Rəsmi səfər çərçivəsində ÇXR-nın hərbi-siyasi rəhbərliyinin və digər dövlət strukturlarının rəsmiləri ilə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə görüşlərin keçirilməsi nəzərdə tutulub.

ELÇİN

www.yenicag.az

2678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv