!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan əhalisini lazımi miqdarda qoruyucu vasitələrlə təmin edir

!Reklam – Yazi

Dünyanı cənginə alan koronavirus pandemiyası Azərabycandan da yan keçmədi.

Yoluxmanın ilk vaxtlarında Azərbaycanda gigenik və qoruyucu vasitələ təlabat çoxaldığından qıtlıq yaranmışdı. Lakin hər sahədə olduğu kimi Azərbaycan kökuməti bu sahədə də dönüş etməyi bacardı.

Pandemiyaya qarşı mübarizə aparmaq və əhalini lazımi miqdarda qoruyucu vasitələrlə təmin etmək məqsədilə Bakı və Sumqayıtda operativ şəkildə tibbi maskalar istehsalı üzrə iki sənaye müəssisəsi yaradıldı. Ölkədə bir neçə spirt zavodunun və məişət kimyası məhsulları istehsalı üzrə müəssisələrin bazasında dezinfeksiyaedici vasitələrin, əl üçün gellərin istehsalına da başlanılıb.

İlk olaraq ölkə başçısının xüsusi göstərişi ilə aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı reallaşdı.“Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır.

İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib.

Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb.

İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.

Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.

Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Bundan başqa, mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı reallaşdı. Həmin müəssisənin açılışında da ölkə rəhbəri və xanımı iştirak etdilər.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlətimizin başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verərkən qeyd edib ki, maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. Eyni zamanda birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb.

Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır.

Bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur.

Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır.

Buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur.

COVİD-19 pandemiyasına qarşı mübarizə aparmaq və əhalini lazımi miqdarda qoruyucu vasitələrlə təmin etmək məqsədilə Bakı və Sumqayıtda operativ şəkildə tibbi maskalar istehsalı üzrə iki sənaye müəssisəsi yaradıldı.

Müəssisələrin gücü sutkada 500 min maska istehsalına imkan verir, bunun sayəsində iyun ayına ölkədə 10 milyon ədəddən çox qoruyucu maska rezerv ehtiyatı yaradıldı.

Elə bunun sayəsində bu gün Azərbaycan özünü vahid qiymətə – 0,3 manata satılan qoruyucu vasitələrlə tam şəkildə təmin edir. Eyni zamanda maskaların Braziliya və Almaniyaya ixracına dair təkliflərə baxılır.

Bundan başqa, ölkədə bir neçə spirt zavodunun və məişət kimyası məhsulları istehsalı üzrə müəssisələrin bazasında dezinfeksiyaedici vasitələrin, əl üçün gellərin istehsalına başlanılıb.

Beləliklə, Azərbaycan özünü gigiyenik və qoruyucu vasitələrlə tam olaraq təmin edir.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv