Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb

media-hightechnic-468x90

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılardan birində dopinq tapılıb.

Yenicag.az xəbər verir ki, sərbəst güləş üzrə Rusiya yığmasının üzvü Rüstəm Dolayevin orqanizmində istifadəsi qadağan olunmuş meldoni preparatı aşkarlanıb.

51 kq çəki dərəcəsində gümüş medal qazanan güləşçi mükafatdan məhrum edilib. Finalda Azərbaycan güləşçisi Kənan Heybətova uduzan rusiyalıdan alınan gümüş medal moldovalı Konstantin Çirilova verilib. Sonuncunun bürünc mükafatı isə gürcüstanlı Otaru Mamulaşviliyə nəsib olub.

Qeyd edək ki, Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçirilib. /apa.az/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600