“Azərbaycan-Gürcüstan münasibətləri pozulmazdır” – Azər Həsrət

“Azərbaycanla Gürcüstan elə iki dövlətdir ki, heç kim bu dövlətlərin arasına girə bilməz”.

Bunu siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, hər iki dövlət yüz illərdir eyni taleyi yaşayır:

“Rus işğalı, ardından 1918-də müstəqil dövlətlərin qurulması, yenidən rus-sovet işğalı, yenidən müstəqilliyin əldə edilməsi və bütün bunlarla yanaşı, bölücülükdən əziyyət çəkməklə tale bizim dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırıb.

Ona görə də Əfqan Muxtarlı məsələsindən istifadə edib, bizim dövlətlərimizi qarşı-qarşıya qoymaq istəyənlər heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan və Gürcüstan yüksək səviyyədə olan münasibətlərini kimlərinsə şıltaqlığına qurban verən deyil”.

Qeyd edək ki, Əfqan Muxtarlı Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçdiyinə görə, həbs olunaraq Azərbaycana gətirilib. (Sia.az)

Yencag.az