Azərbaycan Gürcüstana ən çox turist göndərən ölkə oldu

media-hightechnic-468x90

2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 12% artaraq 2 015 435 nəfərə çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik hesabatında deyilir.

Bu göstərici ilə Azərbaycan hesabat ilində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. 2018-ci ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 1 807 185 nəfər təşkil edib.

Hesabat dövründə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə 1 988 986 dəfə giriş, 1 989 109 dəfə çıxış qeyd alınıb. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.

Ümumilikdə, ötən il Gürcüstan ərazisinə 9 024 392 xarici ölkə vətəndaşlarının girişi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 8,4% çoxdur. Ölkə ərazisində 24 saatdan çox qalanların sayı isə əvvəlki illə müqayisədə 6,6% artaraq 4 392 284 nəfərə çatıb./APA/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05