Azərbaycan iqtisadiyyatı 5 faizə yaxın böyüdü

media-hightechnic-468x90

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Yenicag.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 9,2 % artıb.

ÜDM istehsalının 52,7 %-i sənaye, 8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 %-i tikinti, 1,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,3 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 49,8 % artaraq 12 064 manat olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600