Azərbaycan-İran BİRGƏ TƏLİMLƏRİ: “Görünən odur ki, Pezeşkianın son səfərindən sonra...”

media-hightechnic-468x90

“Birgə hərbi təlimlər bir daha göstərir ki, İran ilə Azərbaycan bu istiqamətdə artıq birgə addımlar atmaqda qərarlıdır”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, Azərbaycanla İranın birgə hərbi təlimləri barədə fikirlərini səsləndirib.

Ə. Verdiyev qeyd edib ki, bu kimi hərbi təlimlər əvvəllər də keçirilib:

“Bildiyimiz kimi, ikitərəfli təlimlər əvvəlcədən planlaşdırılır. Görünən odur ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana son səfərindən sonra münasibətlərdə müsbət dinamika müşahidə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin də İrana səfəri xüsusi vurğulanmalıdır. Birgə təlimlərdə iştirak edən tərəflərin bir-birinə qarşı müsbət münasibət bəsləməsi Azərbaycan ilə İran arasındakı keçmiş soyuq münasibətlərin daha isti mərhələyə keçdiyini deməyə əsas verir.

Azərbaycan daim regionda sülh və sabitliyin qorunması üçün bütün qonşularla əməkdaşlıq etməkdə maraqlı olub. Birgə hərbi təlimlər bir daha göstərir ki, İran ilə Azərbaycan bu istiqamətdə artıq birgə addımlar atmaqda qərarlıdır. Ümumilikdə bu təlimlər gələcəkdə də davam edəcək”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600