Azərbaycan metanol ixracından gəlirini artırdı

media-hightechnic-468x90

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 83 milyon 854 min ABŞ dolları dəyərində 401 min 958 ton metanol (metil spirti) ixrac edib.

media-banner_tuq

Bu barədə Yenicag.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 milyon 715 min ABŞ dolları (14,6%), həcm baxımından isə 7 min 170 ton (1,8%) çoxdur.

10 ayda metanol (metil spirti) ixracı ölkənin ümumi ixracının 0,37%-ni təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 73 milyon 139 min ABŞ dolları dəyərində 394 min 788 ton metanol (metil spirti) ixrac edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05