!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan Nyu-York görüşündən əvvəl bu addımları atsaydı...” – İlham İsmayıl

!Reklam – Yazi

“Elmar Məmmədyarov Nyu-Yorkda erməni nazirlə görüşə “əliboş” yollanmışdı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin srağagün Nyu-Yorkda baş tutan görüşünün nəticələrini şərh edən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.

“Xatırladım ki, Paşinyanın “Qarabağ Ermənistandır” bəyantından sonra Ermənistanın digər rəsmiləri də həmin fikirləri təkrarladılar. Azərbaycan tərəfi isə bu bəyanatlara adekvat reaksiya vermədiyi üçün Elmar Məmmədyarov Nyu-Yorka obrazlı desək, “əliboş” yollanmışdı.

Nyu-York görüşündən əvvəl Bakı üçün iki variant nəzərdən keçirilə bilərdi: Birincisi, İrəvanın bəyanatlarını əsas götürərək, görüşdən nümayişkar şəkildə imtina etmək, ikincisi isə əgər görüş baş tutacaqdısa, orada sərt məzmunlu bəyanat verərək, görüşdən yarımçıq çıxmaq.

Belə hallara diplomatiyada tez-tez rast gəlinir. O davranışlarla düşməni gərginliyə salaraq, ATƏT-in Misnk qrupunu real hərəkətə keçməyə sövq etmək olardı. Bununla paralel olaraq, hərbi müstəvvidə də aktivliyi artıraraq, düşmənə real güc göstərilməli idi. Ancaq təəssüf ki, o addımlar atılmadı”.

İlham İsmayıl ATƏT-in Misnk qrupunun görüşdən sonra yaydığı bəyanata da toxunub:

“Həmsədrlərin bəyanatda yazılıb ki, cəbhə xəttində sabitliyin tərəfdarıyıq. Bu yay nisbətən çox sakit keçdi. Amma təəssüf ki, cəbhədə bəzi itkilərimiz oldu. Əslində, həmsədrlər bu bəyanatda yenə də təcavüzkar və təcavüzə məruz qalan ölkələrə fərq qoymayıblar. Qeyd olunanlar diplomatiyamızın passivliyinin göstəricisidir”.

Səxavət Məmməd

www.yenicag.az

1555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv