!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunda tədbirlər keçirildi

!Reklam – Yazi

Gənclər Günü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, tədbirlərdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv