2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bildirilir.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.
2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
“Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.
www.yenicag.az