Azərbaycan prezidenti qubernatoru qəbul edib

media-hightechnic-468x90

view_newAzərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə əməkdaşlığının genişlənməsindən məmnunluq ifadə olunub, habelə bu yaxınlarda Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin keçirilməsinin bu ölkələr arasında əlaqələrin inkişafı işinə xidmət etdiyi bildirilib.

Qubernator A. Jilkin isə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən layihələri yüksək qiymətləndirib və bu layihələrin vilayətin əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.

Görüşdə Azərbaycanla Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600