Bu, Azərbaycan üçün böyük uğurdur, zəfərdir.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qısa müddət ərzində 7 rayonun hamısı Azərbaycana təslim ediləcək:
“Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu göstərdi. Hər dəfə atəşkəsi pozan, müharibə istəyən Ermənistan oldu. Ermənistan bunun bədəlini ağır şəkildə ödədi. Ötən gecə 3 ölkə arasında atəşkəs imzalandı. Bunun hansı formada icra edilməsi məsələsi var. Paşinyan məğlubiyyəti qəbul etmək məcburiyyətində qaldı. Bundan sonrakı prosesi birlikdə icra edəcəyik. Xeyirli olsun. Bu da bir dərs olsun”.
***
Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hər kəsə məlum olduğu kimi müharibəni Ermənistan başlayıb:
“Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi”.
www.yenicag.az