Azərbaycan səfiri San-Marinonun yeni rəhbərlərinin andiçmə mərasimində iştirak etdi

media-hightechnic-468x90

Azərbaycanın San-Mariondakı səfiri (həm də İtaliyadakı səfir) Rəşad Aslanov bu ölkənin Kapitan-Regentləri Aliçe Mina və Vladimiro Selvanın andiçmə mərasimində iştirak edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın İtaliyadakı səfirliyinin “X”dəki hesabında yayılıb.

Qeyd edək ki, San-Marino Respublikasının Kapitan-Regentləri ölkənin iki dövlət başçısıdır (diarxiya). San-Marinoda seçki sistemi həm dövlət başçılarının (Kapitan-Regentlərin), həm də qanunverici orqanın (Böyük və Ümumi Şura) seçilməsini əhatə edir. Böyük və Ümumi Şura (Grand and General Council) 60 üzvdən ibarət birpalatalı parlamentidir. Üzvlər 5 il müddətinə ümumi səsvermə yolu ilə seçilir. Kapitan-Regentlər Böyük və Ümumi Şura tərəfindən 6 aydan bir seçilir. Kapitan-Regentlərin səlahiyyət müddəti aprelin 1-dən oktyabrın 1-ə kimidir./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05