Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırdı

media-hightechnic-468x90

Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Yenicag.az xəbər verir ki, 63 kq çəkidə mübarizə aparan idmançı əvvəlcə 1/64 final mərhələsi çərçivəsində Alfredo Martinslə (Portuqaliya) qarşılaşıb. Görüş həmyerlimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

1/32 finalda Xanoğlan Kərimov Zakariya Muhammed Qaliyə (Səudiyyə Ərəbistanı) qalib gəlib – 2:1.

Həmyerlimiz 1/8 finalda Tobias Hittellə (Danimarka) döyüşüb.

Bu görüşdə Kərimov 0:2 hesabı ilə məğlub olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600