!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə təlimlərində yeni silahlar sınaqdan keçirilir - Ekspert

!Reklam – Yazi

Azərbaycanla Türkiyə arasında imzalanmış anlaşma memorandumuna müvafiq olaraq, iyunun 12-dən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələri qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlərə başlayıb.

Təlimlərin məqsədi Silahlı Qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirtmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlər iyunun 16-dək davam edəcək.

Bəs görəsən bu qarşılıqlı təlimlər nə vəd edir?

Yenicag.az-a açıqlamasında hərbçi-jurnalist Üzeyir Cəfərov bildirdi ki, sözügedən təlimlər Azərbayan ordusu üçün böyük təcrübə məktəbidir:

“4 gün davam edəcək və Türkiyə Silahlı Qüvvələrilə Naxçıvan Əlahiddə Qoşun Ordusunun şəxsi heyəti arasında baş tutan bu təlimlərdə qərargahların birgə qərar qəbul etməsi, təcrübə mübadiləsi, o cümlədən yarana biləcək təhlükələrin dəf edilməsilə bağlı məsələlər praktiki şəkildə həyata keçirilir. Bu təlimlər ötən il iki ölkə arasında başlanan hərbi-taktiki təlimlərin bir növ davamı kimi qəbul edilməlidir. Azərbaycan Silahlı Qüvvələri bu müddət ərzində yeni silah-sursat alıb, şəxsi heyətin yenilənməsi prosesi həyata keçirilib. Bu təlimlər qərargahlar arasında qarşıya çıxa biləcək təhlükələrin qarşısının alınması, aradan qaldırılması, bilik-bacarığın bir-birinə ötürülməsi, yeni texnika və silahların praktik şəkildə tətbiqi məsələləri hər iki ordu üçün yeni bilik və bacarığın əldə edilməsi nöqteyi-nəzərindən önəmlidir. Bu təlimlərdə ən önəmli məqamlardan biri odur ki, regionda baş verən təhlükələr fonunda düşmən qüvvələr də artıq Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə kimi NATO-nun aparıcı ordusunun döyüş-taktiki hazırlığından bəhrələndiyi və müəyyən təcrübə əldə etdiyini anlamağa başlayıb. Ona görə də bu təlimləri yüksək qiymətləndirirəm. Həmin təlimlər Azərbaycan zabiti və əsgəri üçün böyük təcrübə məktəbidir. Türkiyə tərəfi də Azərbaycan ordusunun hazırlıq səviyyəsini yüksək qiymətləndirib. Son dövrlər Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Qoşun Ordusunun döyüş qabiliyyətini bir qədər də möhkəmləndirmək üçün Türkiyə, İsrail, Pakistan, Rusiyadan gətirilən yeni silah-sursatla təmin olunub. Hansı ki, hazırda başlayan təlimlərdə də bu silahların bir hissəsindən istifadə olunacaq”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

1050
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv