Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qazaxıstana rəsmi səfəri davam edir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası adına Milli Müdafiə Universitetini ziyarət edib.

Universitetlə tanışlıqdan sonra müdafiə naziri universitetin rəisi general-mayor Lut Alçekenovla görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda xatirə fotosu çəkdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa