Azərbaycan və Rusiya prezidentlərinin görüşü gözlənilir

media-hightechnic-468x90

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında təmaslar oktyabrın 8-dən 10-dək Düşənbədə keçiriləcək tədbirlər çərçivəsində baş tuta bilər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Putin oktyabrın 8-də Tacikistana gələcək. Rusiya liderinin cədvəlinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir.

“Bu, bütün sammitlərdə görülən işlərin bir hissəsidir”, – Kreml sözçüsü Düşənbəyə səfəri zamanı Putinlə digər liderlər arasında ikitərəfli təmasların mümkünlüyü barədə jurnalistin sualına cavabında bildirib.

Onun sözlərinə görə, bura Rusiya və Azərbaycan liderləri arasında təmaslar da daxildir./Unikal/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05