!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunacaq – Antalyada

!Reklam – Yazi

Türkiyənin Antalya şəhərinin Serik Bələdiyyəsi, “İslahatçı Gənclər” İctimai Birliyi və “Serik Akdeniz” qəzetinin təşkilatçılığı ilə Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin 100, Türkiyə Cümhuriyyətinin 95 illiyinə həsr edilmiş “Bir Millət, İki Dövlət-Gənclik Görüşü” adlı proqram keçiriləcək. Bu barədə məlumat verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, proqram çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinin-100” adlı sərgi, Cümhuriyyət tarixindən bəhs edən “Sonuncu iclas” filmininin təqdimatı baş tutacaq.

Eyni zamanda Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyası tərəfindən iki qardaş ölkənin həmrəyliyinə həsr edilən konsert proqramı da keçiriləcək.

F.Şahbazlı qeyd edib ki, keçiriləcək proqramda Antalya şəhərinin rəhbərliyi, Türkiyə və Azərbaycandan olan millət vəkilləri və digər rəsmi şəxslər iştirak edəcək. Birlik sədrinin sözlərinə görə, Antalyaya səfər çərçivəsində bu şəhərin valisi, bələdiyyə başçısı və digər rəsmi şəxsləri ilə görüşlər nəzərdə tutulub. Bundan başqa Antalya gəncliyi ilə geniş müzakirələrin aparılması və əməkdaşlıq əlaqalərinin qurulması planlaşdırılır.

Fərid Şahbazlı Serik Bələdiyyəsinin başçısı professor Ramazak Çalıka Azərbaycanla bağlı proqrama və ümumiyyətlə Türk Dünyası ilə bağlı layihələrə verdiyi dəstəyə görə, təşəkkür edib.

COP29

www.yenicag.az

1805
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv