!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Xəzər dənizindəki mövqelərini GÜCLƏNDİRİR: Bu ölkələrlə danışıqlara başlanıldı

!Reklam – Yazi

“Xəzərdə ən iri neft istehsalçısı Azərbaycan öz hövzəsini daha güclü mühafizə etməyə məcburdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş gəmiləri parkının yenilənməsi ehtimalını dəyərləndirən hərbi ekspert Ramil Məmmədli səsləndirib.

Ramil Məmmədli bildirib ki, hazırda HDQ-nin döyüş gəmiləri parkının yenilənməsinə ehtiyac var.

“Bir ilə yaxındır ki, Azərbaycan HDQ-nin döyüş gəmiləri parkının yenilənməsi ilə bağlı sürətlənmə hiss olunur. Vətən müharibəsinə qədər əsas prioritet yerüstü əməliyyatlarının həyata keçirilməsi, hava hücumundan müdafiə sistemlərinin, döyüş aviasiya vasitələrinin təkmilləşdirilməsi dururdusa, artıq Azərbaycan Xəzər dənizindəki mövqelərini də gücləndirməlidir. Təbii ki, Xəzərdəki qonşularımıza qarşı hər hansısa niyyəti yoxdur. Sadəcə olaraq, Xəzərdə ən iri neft istehsalçısı Azərbaycan öz hövzəsini daha güclü mühafizə etməyə məcburdur”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, bu baxımdan dünyanın bir sıra ölkələri ilə danışıqlar aparır.

“İtaliya gəmi istehsalı ilə bağlı qədim ənənələrə malikdir. Hələ Finikya, Roma imperiyası dövründə italiyalılar Aralıq dənizində döyüş gəmilərinə malik olublar, sonrakı dövrdə isə bu təkmilləşdirilib. Hazırda gəmilərin mühərrikinin, gəmi silahlarının, qüllələrin istehsalı sahəsində İtaliya öncül yeri tutur. Nəzərə almaq lazımdır ki, gəmilərin mühərriki məsələsi əhəmiyyətli məqamdır. Azərbaycan 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində Türkiyə şirkətlərindən döyüş gəmilərinin alınması, Azərbaycanda tikilməsi ilə bağlı danışıqlar aparıldı. Hətta ilkin razılaşma da əldə olunmuşdu. Lakin mühərriklər Almaniyaya aid idi. Almaniya döyüş gəmilərinin alman mühərriki ilə Azərbaycana satışına qadağa qoydu”.

R.Məmmədlinin sözlərinə görə, İtaliyanın üstünlüyü odur ki, təkcə gəminin özünün tikintisini deyil, həm də onun mühərriklə, silahlarla təmin olunmasını özü həyata keçirir:

“Azərbaycanla İtaliya arasında hərbi sahədə əməkdaşlıq mövcuddur. Azərbaycan bununla NATO ölkələrinin texnologiyalarını özündə istifadə edə biləcək. Azərbaycanda gəmi tikintisi zavodunun yaradılması da reallaşa bilər. HDQ-nin keçmiş komandanının İtaliyada müdafiə nazirinin müavini ilə bu ölkədə səfərdə olması onu deməyə əsas verir ki, HDQ-nin gəmi parkının yenilənməsi üçün Azərbaycan müəyyən danışıqları intensivləşdirib”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv