Azərbaycan Yüksəliş Partiyası dövlət qeydiyyatına alındı

media-hightechnic-468x90

Azərbaycan Yüksəliş Partiyası (AYP) dövlət qeydiyyatına alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə partiya başqanı Anar Əsədli “Facebook” hesabında məlumat paylaşıb.

“Azərbaycan Yüksəliş Partiyası artıq dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır.

Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz.

Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.

Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək.

Hər birimizə çıxdığımız yolda uğurlar diləyirəm”, – deyə Anar Əsədli qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600