!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana gələn xarici vətəndaşların sayı artdı

!Reklam – Yazi

Azərbaycana bu ilin yanvar-noyabr aylarında gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb.

Yenicag.az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib:

“Bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir. İlk beşlikdə ənənəvi olaraq, Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq ölkələrindən gələn xarici vətəndaşların sayında azalma var. Amma ümumi mənzərədən müsbət tendensiya davam edir”.

K.Quluzadə bildirib ki, Yaxın Şərqin bəzi ölkələrindən gələn xarici vətəndaşların sayında azalmanın müşahidə edilməsinin bir neçə səbəbi var:

“Birincisi, həmin ölkələrdən çıxışla bağlı problem var. Yəni Azərbaycanda qəbulla bağlı problem yoxdur. Yaxın Şərq qeyri-stabil regiondur. Məsələn, İraqdan gələnlərin sayı azalıb. Bu azalma bəzi ölkələrdə uçuşların azalması ilə bağlıdır. Ümumilikdə götürəndə həmin ölkələrdən gələn turistlərin tendensiyası belədir ki, onlar bir neçə il ərzində bir istiqamətə axışırlar. Son bazarlarını dəyişirlər. Biz bunu nəzərə alaraq bu il daha çox yeni bazarların açılmasına üstünlük vermişdik. Azərbaycana gələn xarici vətəndaşların sayı təkcə müəyyən bazarlara köklənməsin, coğrafiyası daha geniş olsun. Buna da nail olduq. Məsələn, Hindistan, Çin, Pakistan bazarı bizim üçün yeni bazardır”.

COP29

www.yenicag.az

852
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv