Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı

media-hightechnic-468x90

Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, MİRAS20-İM MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72,5 kq meyvə suyu topları məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə “kif-maya” göbələklərinin miqdarının normadan artıq olduğu üzə çıxıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa