!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlandı - Ən uzun 6 gecə...

!Reklam – Yazi

Bu il Azərbaycana qış fəslinin daxil olacağı vaxt açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib.

O qeyd edib ki, qış fəsli ölkəyə dekabrın 22-si saat 02:22:42-də qədəm qoyacaq.

“Dekabrın 21-dən 22-ə keçən gecə Azərbaycanda ən uzun gecə, dekabrın 22-i də isə ən qısa gündüz olacaq. Həmin vaxtdan başlayaraq, 6 gün ərzində – dekabrın 21-dən 27-dək ölkə ərazisində gecələrin uzunluğu bərabər olacaq, eləcə də o günlərdə gündüzlərin uzunluğu bərabər olacaq. Həmin müddətdə gecələrin uzunluğu 14 saat 43 dəqiqə, gündüzlərin uzunluğu 9 saat 17 dəqiqə olacaq”.

Direktor müavini əlavə edib ki, Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: “Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra – hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik”.

X.Mikayılov qeyd edib ki, Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-də (2019-cu il) olacaq. Həmin gündə Bakı vaxtı ilə saat 09:36-da Yerlə Günəş arasındakı məsafə 147 098 291 km olacaq ki, bu da Yerlə Günəş arasında olan orta məsafədən (149 600 000 km) təxminən 2,5 million km azdır.

Onun sözlərinə görə, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur: “Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur”.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana yaz martın 21-də Bakı vaxtı ilə saat 01.58-də, yay iyunun 21-də saat 19.54-də, payız sentyabrın 23-də saat 11.50-də, qış isə dekabrın 22-də saat 08.19-da daxil olacaq.

www.yenicag.az

4627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv