Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2682,4 min və ya keçən ilin eyni dövrü ilə müqayisədə 10,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, gələnlərin 29,8%-i Rusiya, 22,1%-i Gürcüstan, 9,8%-i Türkiyə, 8,2%-i İran, 3,7%-i Səudiyyə Ərəbistanı, 2,0%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), hər birindən 1,9% olmaqla Hindistan və Ukrayna, hər birindən 1,7% olmaqla İraq və Türkmənistan, 1,6%-i İsrail, 1,5%-i Qazaxıstan, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər oub. Gələnlərin 66,1%-i kişilər, 33,9%-ni isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-oktyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96,5%), Hindistan (66,5 %), Çin (64,2%), Misir (62,5%), Səudiyyə Ərəbistanı (43,7%), Malayziya (41,3%), Filippin (36,6%), Polşa (32,7%), Macarıstan (31,4%), İspaniya (28,9%), Özbəkistan (26,1%), Qazaxıstan (24,1%), Böyük Britaniya (23,7%), Almaniya (21,3%), Gürcüstan (21,2%) və Cənubi Koreya (20,3%) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-oktyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22,3% artaraq 121,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,2% artaraq 974,2 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,0%-i dəmir yolu və avtomobil, 41,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Bu ilin yanvar-oktyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artaraq 4653,9 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 36,5%i İrana, 28,8%i Gürcüstana, 17,5%i Rusiya Federasiyasına, 11,6%i Türkiyəyə, 5,6%i isə digər ölkələrə getmişdir. Gedənlərin 64,0%-ni kişilər, 36,0%-ni qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 31,5%, Gürcüstana gedənlərin sayı 12,9%, Rusiyaya gedənlərin sayı 6,3%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.
Cari ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,3%i dəmir yolu və avtomobil, 17,0%i hava, 0,7%i isə su nəqliyyatından istifadə edib.
www.yenicag.az