Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb.
DMX-dən Yenicag.az-a verilən məlumata görə, onlardan 10 nəfərinin Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 51-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
www.yenicag.az