!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda benzin və dizelin istehsalı 20%-dən çox artdı - CƏDVƏL

!Reklam – Yazi

Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

Məhsul növləri 2023-cü ilin yanvar-avqust aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton 951,2 121,3 22,1
Ağ neft, min ton 384,2 107,5 42,3
Qazoyllar (dizel yanacağı), min ton 1547,4 122,4 97,3
Mazut, min ton 5,2 7,7 2,6
Sürtkü yağları, min ton 40,0 170,9 4,7
Maye qazlar, min ton 159,6 108,9 2,0
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton 737,7 81,4 27,3
ondan:
neft bitumu, min ton 171,5 66,6 13,6
neft koksu, min ton 160,7 137,8 13,5

/apa

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv