Azərbaycanda bir gündə 63 nəfər saxlanıldı
Azərbaycanda fevralın 20-də cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.
Bu barədə “Yenicag.az”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.













